Xəbər verdiyimiz kimi, bu gün bir qrup sahibkar Dövlət Gömrük Komitəsinin qarşısında etiraz aksiyası keçirib.
Demokrat.az-ın xəbərinə görə, sahibkarlar Dövlət Gömrük Komitəsininqanunsuz əməllərindən şikayətçidirlər və neqativ hallara görə onlar əvvəlki kimi öz sahibkar fəaliyyətləri ilə məşğul ola bilmir.
Bugünkü hadisələrə"Yenicag.az" saytının rəhbəriAqil Ələsgərmaraqlı reaksiya verib.
O, bildirib:
"Bu gün Gömrük Komitəsi önündə etiraz aksiyası keçirən sahibkarların önünə çıxan Komitənin sözcüsü, Natiq Axundov iş adamlarının “media da görüşdə iştirak etsin” tələbinə bu reaksiyanı verdi: “Mediaya nə ehtiyac var axı?”
Mediaya ehtiyac yoxdursa, dövlətin müvafiq ştatını niyə “zanit” eləmisən, ay Vüqar Səfərlinin rumka yoldaşı? Mətbuat xidməti sadəcə, aparatdan gələn siyahı üzrə “abunə” xidməti göstərib, medianı susdurmaqdan ibartdir?!"


