Hadisə

Bakıda avtobus qəzası: xəsarət alan var

Bakıda avtobus qəzası: xəsarət alan var

Bakıda 4 saylı marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Demokrat.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Marşrut avtobusunun digər nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində 2001-ci il təvəllüdlü İbrahimova Aytən Cəmallədin qızı xəsarət alıb.

Yaralı xəstəxanaya aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır./Report

D
demokrat.az