Hadisə

Lənkəranda kişi oğlu tərəfindən bıçaqlandı

Lənkəranda kişi oğlu tərəfindən bıçaqlandı

Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib.

Demokrat.azAPA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

1972-ci il təvəllüdlü Vidadi Hüseynov yaşadığı evdə oğlu Əliqismət Hüseynov tərəfindən bıçaqlanıb. Xəsarət alan ata döş qəfəsinin daxilinə nüfuz edən kəsilmiş-deşilmiş yara diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Atasına bıçaq xəsarəti yetirən oğlun keçmiş məhkum olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az