Maliyyə

Mikayıl Cabbarov: "İki ayda vergi daxilolmaları 118,7 % icra olunub"

Mikayıl Cabbarov: İki ayda vergi daxilolmaları 118,7 % icra olunub

"Azərbaycan biznesi koronavirus (COVID-19) pandemiyasından sonrakı bərpa dövrünə daxil olur".

Demokrat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.

"İlin 2 ayının yekunları ürəkaçandır. İlkin məlumata əsasən, vergi daxilolmaları proqnozlara nisbətən 118,7 % icra olunub. Qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon manat təşkil edib", - nazir qeyd edib.

Demokrat.az

D
demokrat.az