Millət vəkili Şahin Seyidzadənin Novxanı kənd sakinləri ilə fərdi formada səyyar vətəndaş qəbulu keçirilib.
Demokrat.az xəbər verir ki, Abşeron rayonu Novxanı kənd bələdiyyəsinin inzibati binasında keçirilən vətəndaş qəbulunda kənd sakinləri iştirak edib.
Qəbulda Novxanı kəndinin S. Əsgərova küçəsinin sakinləri tərəfindən sözügedən küçədə qaz və içməli su təminatı, həmçinin digər sakinlər tərəfindən sosial təminat, hüquq, sağlamlıq və məşğulluq kimi sahələrlə bağlı müraciətlər səsləndirilib.
Demokrat.az


