İdman

İtaliyada oynayan futbolçu 21 yaşında vəfat etdi

İtaliyada oynayan futbolçu 21 yaşında vəfat etdi

İtaliya "Atalanta"sının futbolçusu Villi Ta Bi dünyasını dəyişib.

Demokrat.az klubun tvitter səhifəsinə istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin ölümünə onkoloji xəstəlik səbəb olub.

Kot d İvuardan olan oyunçu bir müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirdi. O, ömrünün son aylarını vətənində keçirib.

Qeyd edək ki, Villi Ta Bi ölkəsinin "ASEK Mimozas", "Mussu" klublarında, həmçinin İtaliyanın "Peskara" komandasında da çıxış edib.

D
demokrat.az