Hadisə

Tərtərdə mülki şəxsin minaya düşməsi ilə bağlı araşdırmalara başlanıldı

Tərtərdə mülki şəxsin minaya düşməsi ilə bağlı araşdırmalara başlanıldı

Fevralın 22-si saat 17 radələrində 1976-cı il təvəllüdlü Niyaməddin Verdiyevin Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, aparılmış araşdırmalarla Niyaməddin Verdiyevin mal-qara otararkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın dizdən aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

D
demokrat.az