Hadisə

Qazaxda birmərtəbəli ev yandı

Qazaxda birmərtəbəli ev yandı

Qazax rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, hadisə rayonun Canalı kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 70 m² birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 50 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

D
demokrat.az