Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutuna icraçı direktor təyinatı olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhrəmov təyin olunub.
O, bu təyinatadək institutun elmi işlər üzrə direktor müavini olub.
1959-cu il təvəllüdlü C.Bəhrəmov 1982-ci ildən institutda çalışır.
Qeyd: ötən ay Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov vəzifəsindən azad edilib və institutun baş direktoru vəzifəsinə tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov təyinat alıb.
Xatırlatma: Bir müddət əvvəl AMEA-nın nizamnaməsində dəyişiklər edilib. Yeni struktur dəyişikliyinə əsasən, akademiyanın institutlarında baş direktor və icraçı direktor vəzifəsi təsis edilib.
Demokrat.az


