Kriminal

Bakıda gənc oğlan qadına təcavüz etdi — TƏFƏRRÜAT

Bakıda gənc oğlan qadına təcavüz etdi — TƏFƏRRÜAT

Bakının Yasamal rayonunda zorlama faktı qeydə alınıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Abuşov Eldəniz Eldar oğlu həbs olunub.

Məlum olub ki, Eldəniz Abuşov qadına təcavüz edib və daha sonra quldurluq edib.

İstintaq orqanı tərəfindən Eldəniz Abuşovun barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Yasamal rayon Məhkəməsinin qərarı ilə Eldəniz Abuşovun barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq gedir. Fariz Məlikli Demokrat.az

D
demokrat.az