Hadisə

Bakıda üç nəfər itkin düşdü

Bakıda üç nəfər itkin düşdü

Bakıda üç nəfər itkin düşüb.

“Qafqazinfo”nun xəbərinə görə, Xəzər rayonu, Binə qəsəbəsi sakini, 2001-ci il təvəllüdlü Ləman Rafiq qızı Nağıyeva yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Sabunçu rayonunda isə ruhi əsəb xəstəsi Minəxanım Dilavər qızı Müzəffərova yaşadığı Nardaran qəsəbəsindəki evini tərk edib.

Yasamal rayonunda 1938-ci il təvəllüdlü Əlibayram Əli oğlu Muradov da yaşadığı evdən çıxıb və geri dönməyib.

Hər üç şəxsin axtarışı ilə bağlı müvafiq Rayon Polis Şöbələrində tədbirlər həyata keçirilir.

Demokrat.az

D
demokrat.az