Ermənistanda hərbçi müəmmalı şəraitdə dünyasını dəyişib. Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir. Məlumata görə, hadisə ölkənin şimal-şərqindəki hərbi hissələrdən birində baş verib. Belə ki, müddətdən artıq hərbi qulluqçu, 1994-cü il təvəllüdlü Edvard Karlenoviç Kirakosyan müəmmalı şəraitdə ölüb. Fakt üzrə təhqiqat aparılır.
Erməni hərbçisi müəmmalı şəraitdə öldü
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


