Maliyyə

Dollara tələbat son 2 ayda ən aşağı səviyyəyə düşdü — RƏQƏMLƏR

Dollara tələbat son 2 ayda ən aşağı səviyyəyə düşdü — RƏQƏMLƏR

Bu gün – 9 fevral tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda valyutaya tələb 57,1 milyon dollar təşkil edib.

Yeniavaz.com xəbər verir ki, bu gün hərracda satılan valyuta əvvəlki – 4 fevral 2021-ci il tarixində keçirilən hərracda satılan valyutadan 3,2 milyon dollar az olub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Onu da bildirək ki, mart ayının 10-da valyuta satışı bu il ərzində ən yüksək səviyyəyə çatıb – 323,2 milyon dollar.

Son 2 ayda keçirilən valyuta hərraclarında valyuta satışı aşağıdakı kimi olub:

1 dekabr – 63,8 milyon dollar 3 dekabr – 63,1 milyon dollar 8 dekabr – 66 milyon dollar 10 dekabr – 67 milyon dollar 15 dekabr – 70 milyon dollar 17 dekabr – 70,8 milyon dollar 22 dekabr – 74,3 milyon dollar 24 dekabr – 79,8 milyon dollar 29 dekabr – 83 milyon dollar 5 yanvar – 66,4 milyon dollar 7 yanvar – 70,6 milyon dollar 12 yanvar – 142,2 milyon dollar 14 yanvar – 100,1 milyon dollar 19 yanvar – 66,4 milyon dollar 21 yanvar – 67,4 milyon dollar 26 yanvar – 69,8 milyon dollar 28 yanvar – 61,8 milyon dollar 2 fevral – 59,9 milyon dollar 4 fevral – 60,3 milyon dollar 9 fevral – 57,1 milyon dollar

Demokrat.az

D
demokrat.az