Hadisə

Bakıda 10 yaşlı uşağı maşın vurdu

Bakıda 10 yaşlı uşağı maşın vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az-ın məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Yolu keçən 2011-ci il təvəllüdlü Quliyev Rəşad Toğrul oğlunu avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin küt travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır./"Report"

D
demokrat.az