Bu gün futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
Demokrat.az-ın xəbərinə görə, komandamız Bakı İdman Sarayında Slovakiya ilə qarşılaşıb.
Oyunun sonlarına yaxın tərəflər 1:1-lik heç-heçə yaxın olduğu bir vaxtda yığmamız sonradan rəqibini üç dəfə məyus edərək inamlı qələbəyə sevinib.
Avropa Çempionatı Seçmə mərhələ
29 yanvar
Azərbaycan – Slovakiya 4:1 Qollar: Bolinya, 5. Qalo, 38. X.Bağırov, 40. İ.Atayev, 40 – T.Drahovski, 15. Hakimlər: İrina Velikanova (Rusiya), Yuri Neverov (Rusiya), Hikmət Qafarlı (Azərbaycan). Timekeeper: Knyaz Əmiraslanov (Azərbaycan). Hakim-inspektor: Edi Sunyiç (Xorvatiya). UEFA nümayəndəsi: Tai Regel Pundik (Danimarka).


