Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Demokrat.azxəbər verir ki, son oyun günü üçün nəzərdə tutulan 3 matçın hamısı başa çatıb.
“Qəbələ" səfərdə 1-ci divizion təmsilçisi “Turan Tovuz”un qonağı olub və 2 cavabsız qolla qalib gəlib. Beləliklə, əyalət təmsilçisi 1/4 finalda “Qarabağ”la qarşılaşacaq.
“Qaradağ Lökbatan” isə “Zirə”ni qəbul edib. 4:0 hesablı darmadağınla qələbə qazanan "Zirə" 1/4 finalda "Neftçi" ilə üz-üzə gələcək.
“Sabah” isə “Kəpəz”i sınağa çəkib. Bu görüşdə Gəncə təmsilçisi 2:1 hesabı ilə qalib gəlib və növbəti mərhələdə "Keşlə"yə rəqib olub. 25 yanvar
Azərbaycan kuboku
1/8 final
17:00. “Sabah” – “Kəpəz” - 1:2 Qollar: Filip İvanoviç, 45+1 (1:0), Samir Qurbanov, 68 (1:1), Əli Səmədov, 84 Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Rahil Ramazanov, Tural Qurbanov “Bank Respublika Arena”
16:00. “Qaradağ Lökbatan” – “Zirə” - 0:4 Qollar: Nemanya Andelkoviç, 12 (0:1), Davit Volkov, 27 (0:2), Musa Qurbanlı, 30 (0:3), Davit Volkov, 45+1 (0:4) Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Müslüm Əliyev, Kamal Umudlu “Dalğa Arena”
14:00. “Turan Tovuz” – “Qəbələ” - 0:2 Qollar: Stefan Vukçeviç, 32, Ceyms Adeniyi, 45+2 Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamranbəy Rəhimov Tovuz şəhər stadionu
24 yanvar
"Səbail" - "Zaqatala" - 3:2
1/4 final cütləri
“Sumqayıt” – “Səbail”
“Qarabağ” – “Qəbələ”
“Neftçi” - "Zirə”
"Keşlə” - “Kəpəz”
Qeyd edək ki, 1/4 finalın ilk matçları 1-2 fevralda, cavab görüşləri isə 6-7 fevralda keçiriləcək.
Qol.az


