Hadisə

DİN Bakıda sığınacağa hücumla bağlı məlumat yaydı

DİN Bakıda sığınacağa hücumla bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin (İB) əməkdaşının döyülməsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sığınacaqdan daxil olan çağırış üzrə polis hadisə yerinə cəlb olunub, hazırda araşdırma aparılır.

İlkin məlumata görə, hadisə ailə-məişət zəminində baş verib.

Demokrat.az

D
demokrat.az