Hadisə

Ermənistanda koronavirusdan ölənlərin sayı 2 908 nəfərə çatdı

Ermənistanda koronavirusdan ölənlərin sayı 2 908 nəfərə çatdı

Ermənistanda indiyədək yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların ümumi sayı 161 415 nəfərə çatıb.

Demokrat.az-ın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, son sutka ərzində Ermənistanda koronavirusa 361 yeni yoluxma qeydə alınıb.

Son sutka ərzində 7 nəfər koronavirusdan ölüb. Bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin sayı 2 908 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 147 961 nəfərdir.

Demokrat.az

D
demokrat.az