Bu gün Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında sülhməramlı hərbi həkimlərin səyyar briqadalarınınDağlıq Qarabağıda 1100-dən çox sakinə yardım haqqında məlumatın başlığında səhvə yol verilib.
Demokrat.azxəbər verir ki, başlıqda Azərbaycan Respublikasının Qarabağ bölgəsinin dağlıq hissəsinin adı üç hərf - “DQR” kimi yer almışdı.
Az sonra Rusiya Müdafiə Nazirliyinin saytında həmin səhvi aradan qaldıraraq, "Dağlıq Qarabağ sakinlərinə yardım göstərilməsi" kimi qeyd edib. 



