Kriminal

Şamaxıda əxlaqsızlıq yuvası saxlayan kişiyə cinayət işi açıldı

Şamaxıda əxlaqsızlıq yuvası saxlayan kişiyə cinayət işi açıldı

Şamaxı rayonunda əxlaqsızlıq yuvası təşkil etməkdə ittiham olunan Xamis Miriyevin barəsində cinayət işi başlanıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Şamaxı rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Etibar Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yanvarın 6-na təyin olunub.

Cinayət işi üzrə bir qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İttihama görə, Xamis Miriyev həmin qadının kişi müştərilərlə görüşdürüb, gəlir əldə edib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az