Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov blits şahmat üzrə "Airthings Masters" turnirində 1/4 finala vəsiqə qazanıb.
Demokrat.az-ın xəbərinə görə, şahmatçımız onlayn təşkil olunan yarışın üçüncü günündə daha üç oyun keçirib.
T.Rəcəbov, rəqibləri - Uesli So (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Pentala Harikrişna (Hindistan) ilə olan qarşılaşmalarda heç-heçə edib və 6 xalla 5-ci yerlə 8 ən güclü arasına qatılıb.


