Qubada köhnə avtovağzal massivində Elçin Orucova məxsus 100 kvadrat metrlik ərzaq mağazası yanıb.
Demokrat.az“Qafqazinfo”ya istinadən xəbər verir ki, yanğına ilkin versiyaya görə, qısa qapanma səbəb olub.
Hadisə yerinə Quba Yanğından Mühafizə xidmətinin 3 yanğınsöndürən maşını və briqadası gəlib.
Hazırda yanğının söndürülməsinə çalışılır.


