İdman

"Qarabağ" səfərdə "Qəbələ"yə qalib gəldi

Qarabağ səfərdə Qəbələyə qalib gəldi

Topaz Premyer Liqasının 11-ci turunun mərkəzi oyunu Qəbələdə keçirilib.

Demokrat.Az-ın məlumatına görə, yerli klub son çempion "Qarabağ"ı qəbul edib. İlk hissədə hesabı açan "Qəbələ" fasiləyə qalib yollanıb. Lakin növbəti hissədə özünə gələn Ağdam klubu rəqib qapısından 3 top keçirib.

Bu qələbədən sonra "Qarabağ" lider "Neftçi" ilə xal fərqini 3-ə çatdırıb.

Topaz Premyer Liqa, 11-ci tur

11 noyabr

"QƏBƏLƏ" 1–3 "QARABAĞ" Qollar: Adeniyi, 33 (1:0), Emeqara, 47 (1:1), Miçel, 64 (1:2), Ozobiç, (1:3)

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Ramiz Məhərrəmov Qəbələ şəhər stadionu

Demokrat.Az

D
demokrat.az