Hadisə

Azərbaycanda referendumun nəticələrinə müdaxilə etmək istəyən vəzifəli saxlanıldı — Korrupsiya ƏMƏLİYYATI

Azərbaycanda referendumun nəticələrinə müdaxilə etmək istəyən vəzifəli saxlanıldı — Korrupsiya ƏMƏLİYYATI

Azərbaycanda dövlət qurumlarından birinin vəzifəli əməkdaşı saxlanılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Nazilə Məmmədova Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui‐istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az