Çeçenistan rəhbəri Ramzan Kadırovun qızı Xadijat Kadırova Qroznı şəhərinin məktəbəqədər təhsil departamentinin rəhbəri təyin olunub.
Demokrat.azxəbər verir ki, bu barədə Çeçenistan hökumətinin məktəbəqədər təhsil komitəsinin sədri Aslanbek Cunaidov deyib.
Qeyd edək ki, Ramzan Kadırovun digər qızı Ayşat Kadırova sentyabrda Çeçenistan mədəniyyət nazirinin müavini vəzifəsinə təyin olunmuşdu.


