Hadisə

Sabirabadda gənc oğlanı qohumu öldürdü

Sabirabadda gənc oğlanı qohumu öldürdü

Sabirabadda qətl hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1994-cü il təvəllüdlü Nuruşov Sakit Elşad oğlu əmisi nəvəsi tərəfindən bıçaqla qətlə yetirilib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

D
demokrat.az