Hadisə

Neftçalada iki maşın toqquşdu — xəsarət alan var

Neftçalada iki maşın toqquşdu — xəsarət alan var

Neftçalada bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Beştalı kəndində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində kənd sakini, 1984-cü il təvəllüdlü Cəfərova Zülfiyyə Bayram qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az