Sosial

"Qaraçı uşaqların problemi həllini gözləyən məsələlərdəndir" - Hicran Hüseynova

Qaraçı uşaqların problemi həllini gözləyən məsələlərdəndir - Hicran Hüseynova

"Son 5 ildə Azərbaycanda sağlamlığı məhdud uşaqların sayında artım müşahidə olunur".

"Report" xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

"Sağlıq imkanları məhdud uşaqların şəraitinin yaxşılaşdırılması vacib məsələdir. 2017-ci ilin yekununda ölkədə sağlamlıq imkanları məhdud uşaqların sayı 7 934 nəfər olub. Bu bütün uşaqların cəmi 2,7%-ni təşkil etdə də, son 5 ildə sağlamlığı məhdud uşaqların sayında artım müşahidə olunur", - o deyib.

Komitə sədri həmçinin bildirib ki, küçə həyatı yaşayan uşaqların, xüsusilə də qaraçı uşaqların problemi həllini gözləyən məsələlərdəndir: "Qanunvericilikdə məişət zoralığından zərər çəkənlər üçün yardım mərkəzlərinin yaradılması nəzərdə tutulmalıdır. Hazırda ölkədə dövlətə məxsus yardım mərkəzi mövcud deyil. 10 qeyri-dövlət yardım mərkəzi var. Bunlardan da cəmi 2-si davamlı fəaliyyət göstərir".

D
demokrat.az