Qarabağ

Rusiya Müdafiə Nazirliyi Xankəndidə səhra hospitalı yaratdı

Rusiya Müdafiə Nazirliyi Xankəndidə səhra hospitalı yaratdı

Rusiya Müdafiə Nazirliyi Xankəndidə səhra hospitalı açıb.

Demokrat.az-ın məlumatına görə, bu barədə Rusiya sülhməramlılarının tibbi bölməsinin rəisi Yaroslav İvanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, səhra hospitalının yaradılmasında ilk növbədə məqsəd sülhməramlı kontingentin tibbi təminatını həyata keçirməkdir:

“Biz dinc əhaliyə də kömək göstərməyə hazırıq. Öz fondumuz hesabına 40-a qədər insanı hospitalda yerləşdirə bilərik”.

Y. İvanov qeyd edib ki, hospital reanimasiya şöbəsi, funksional diaqnostika, laboratoriya diaqnostikası, əməliyyat bölməsi, stomatologiya və oftalmologiya kabinetləri ilə təchiz olunub:

"Bundan başqa, hospitalda süni nəfəs aparatı, UZİ və rentgen cihazları da var".

Demokrat.az

D
demokrat.az