Dünya

Atatürk havalimanında QƏZA: 9 yaralı

Atatürk havalimanında QƏZA: 9 yaralı

Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk beynəlxalq hava limanında qəza olub.

Demokrat.AzTürkiyə KİV-lərinə istinadən xəbər verir ki, hava limanı ərazisində olan xidməti maşınla hava limanının əməkdaşlarını daşıyan mikroavtobus toqquşub. Toqquşma nəticəsində 9 nəfər xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları, yanğınsöndürənlər və "təcili yardım" briqadası cəlb olunub.

Hadisə nəticəsində yaralananlar xəstəxanalara aparılıb.

D
demokrat.az