Bakının Nərimanov rayonu ərazisində yanğın baş verib.
Demokrat.Az xəbər verir ki, baku.ws-in əldə etdiyi məlumata görə, yanğın hadisəsi Əhməd Rəcəbli küçəsində yerləşən "Karcher" mağazasında qeydə alınıb.
Mağazanın fasadındakı material qısa zamanda alışaraq yanmağa başlayıb.
Dərhal əraziyə yanğınsöndürən maşınlar cəlb edilib.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.


