Sosial

Bakı Baş Gömrük İdarəsində problemlə üzləşən sahibkar Prezidentə müraciət etdi — Məsələ dərhal həllini tapdı

Bakı Baş Gömrük İdarəsində problemlə üzləşən sahibkar Prezidentə müraciət etdi — Məsələ dərhal həllini tapdı

Bir neçə gün öncə Bakı Baş Gömrük İdarəsi rəhbərliyindən şikayətçi olan “Lion Centre” MMC-nin direktoru Ramil Aslanovun Prezident İlham Əliyevə müraciətindən sonra məsələ həllini tapıb.

Demokrat.az xəbər verir ki, sahibkar saytımız vasitəsilə ölkə başçısına müraciət edəndən sonra Ramil Aslanov Dövlət Gömrük Komitəsinə dəvət olunaraq dinlənilib. Daha sonra üzləşdiyi problem yerindəcə həll edilib.

Bununla bağlı sahibkar Ramil Aslanov Prezident İlham Əliyevə müraciət edərək təşəkkürünü bildirib.

Müraciəti təqdim edirik:

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Sizin dərin zəkanız, müdrüklüyünüz, uzaq görənliyiniz, siyasi və diplomatik məharətiniz, polad iradəniz, rəşadətli, şanlı ordumuzun igidliyi, xalqımzın birliyi və dəstəyi sayəsində əldə olunmuş tarixi qələbə və zəfər münasibətilə Sizi böyük qürur və sevinc hissi ilə təbrik edirəm.

Böyük sərkərdə və lider kimi Sizin rəhbərliyiniz ilə qazanılan bu zəfər tarix kitablarına qızıl hərflərlə yazılacaq. Azərbaycan xalqına isə hələdə yuxu kimi görünən arzuları çin oldu. Biz Sizinlə fəxr edirik. Qarabağ Azərbaycandır.

Hörmətli cənab Prezident,

Bir neçə gün əvvək Bakı Baş Gömrük İdarəsində malımın buraxlmaması ilə bağlı Sizə müraciət etmişdim. Müraciətimlə bağlı Dövlət Gömrük Komitəsinin vəzifəli şəxləri tərəfindən operativ reaksiya göstərilmiş və məni Dövlət Gömrük Komitəsinə dəvət etmişlər. Dövlət Gömrük Komitəsində olarkən məni Sədr Səfər Mehtiyev, Sədr müavini İsmayıl Hüseynov, Fərid Əliyev və Samir Əhədov qəbul edərək problemlərim ətraflı şəkildə dinlənilmişdir. Çox mehriban atmosferdə keçmiş görüşdə məni narahat edən məsələlər dərindən öyrənilmiş və həlli qaydaları müəyyən edilmişdir. Görüşdən sonra Səfər Mehtiyev, İsmayıl Hüseynov, Fərid Əliyev qeyd edilən məsələlərlə bağlı tabeçiliklərində olan müvafiq vəzifəli şəxslərə tapşırıqlar verilmiş və tez bir zamanda problemin aradaq qaldırılmasına çalışılmışdır.

Görüş əsnasında məni Komitə rəhbərliyi dünyada hər il noyabr ayının üçüncü həftəsi “Qlobal sahibkarlıq həftəsi” kimi qeyd olunmasını və bu günlərə onun təsadüf etməsini nəzərə alaraq məni təbrik etmişlər, eyni zamanda rəhbəri olduğum “Lion Centre” MMC-yə daxil olmuş mallar üzrə 01201000326352 saylı gömrük bəyannaməsi ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklərin baş verməsi barədə mənə izah verilmişdir. Bununla yanaşı mənim problemlərimin qısa müddət ərzində həll edilməsi ilə bağlı müəyyən işlərin görüləcəyi barədə məni əmin etmişdilər.

Həqiqətən də Dövlət Gömrük Komitəsində bu görüşdən sonra “Lion Centre” MMC-yə aid olan malların gömrük rəsmiləşdirilməsi yerinə yetirilmiş və mallarım buraxılmışdır.

Bildirmək istəyirəm ki, Komitə Sədri cənab Səfər Mehtiyev, Sədr müavini İsmayıl Hüsynov və Fərid Əliyevlə görüşdən sonra bir daha əmin oldum ki, Respublikamızın gömrük işini Dövlət Gömrük Komitəsi yüksək səviyyədə təşkil etmiş və Sizin bu sahədə işlərin təkmilləşdirilməsi ilə bağlı verdiyiniz tapşırıqlara ciddi şəkildə əməl olunur.

Eyni zamanda görüş əsnasında mənə bildirildi ki, təəssüflər olsun ki, bu gün Gömrük xidmətində öz işini ləyaqətlə yetirməyən bəzi məmurlar mövcudur və hazırda həmin məmurların Dövlət Gömrük Komitəsinin Sədri tərəfindən ifşa edilərək onlara qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada intizam tənbehi növlərinin tətbiq edilməsi ilə bağlı işlər görülür.

Komitə Rəhbərliyi ilə görüş zamanı mənə və Respublikada fəaliyyət göstərən bütün sahibkarlara azad şəkildə fəaliyyətlərini davam etdirməsinə əminlik ifadə olunub.

Bundan əlavə Gömrük Komitəsi Rəhbərliyi tərəfindən mənə bildirdilər ki, onlar öz fəaliyyətlərini ölkə qanunvericiliyinə uyğun şəkildə qururlar və ölkə Rəhbərinin Cənab Prezident İlham Əliyevin bu sahədə onlara verdiyi tövsiyə və göstərişləri qeyri şərtsiz yerinə yetirilir, ümumi məqsədlərə çatmaq üçün yol göstəricisi hesab olunur.

Bu gün Dövlət Gömrük Komitəsinin işi şəffav şəkildə təşkil edilir və Komitənin işindən yarana biləcək narazıçılıqdan minimuma endirilməsi üçün müvafiq işlər görülməkdədir. Mən bir daha şahidi oldum ki, Dövlət Gömrük Komitəsinin Sədri Səfər Mehtiyevin və Komitə işçilərinin fəaliyyəti ölkə iqsdisadiyatının inkişafına, Respublikamızın iqdisadiyatının çiçəklənməsinə və bunun nəticəsində ölkəmizə xarici investisiyanın cəlb olunmasına yönəldilmişdir.Bu hal Respublikamızın bir sahibkarı kimi məni çox sevindirir. İnanıram ki, mənimlə Bakı Baş Gömrük İdarəsi arasında yaranmış anlaşılmazlıq bir daha təkrarlanmayacaq və ümumiyyətlə nəinki mənim, hətta bütün sahibarların xarici ticarət əlaqələrinin genişləndirilməsi və intensivləşdirilməsinə daha əlverişli şərait yatadılmasının təmin edilməsinə Dövlət Gömrük Komitəsi tərəfindən ciddi diqqət ayrılır. Hər halda Komitə Rəhbərliyi ilə görüşüm zamanı mənim eşitdiklərim və gördüklərim bunu söyləməyə əsas verir.

Müraciətimin sonunda bildirmək istəyirəm ki, cənab Səfər Mehtiyev, cənab İsmayıl Hüseynov və Fərid Əliyev kimi işinə məhsuliyyətlə yanaşan mədəni, alicənab, savadlı və təvazökar insanlar müvafiq icra orqanlarında idarəetməyə cəlb edilməsinə layiq olan insanlardır. Bu cür məmurların daha cox olması ümumi işimizə xeyir verməklə yanaşı ölkə iqdisadiyyatının, Respublikamızın vətandaşlarının sosial-rifah halının yükəldilməsinə səbəb olacaq.

Məktubumun sonunda Dövlət Gömrük Komitəsinin Sədri cənab Səfər Mehdiyevə, Sədr müavini cənab İsmayıl Hüseynova, Fərid Əliyevə və Samir Əhədova, həmçinin Komitə əməkdaşlarına xidməti fəaliyyətlərində, ölkəmizin inkişaf etməsi naminə uğurlar arzulayıram.

Hörmətlə,

“Lion Centre” MMC-nin direktoru Ramil Aslanov

D
demokrat.az