Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Ali İhsan Yavuz koronavirusa yoluxub.
Demokrat.azxəbər verir ki, bu barədə A.İ.Yavuz sosial şəbəkədə məlumat verib.
“Yorğunluq və yüksək temperatur şikayəti ilə TBMM-in xəstəxanasında müraciət etdim. COVİD testim pozitiv çıxdı. Həkimlərin məsləhəti üzrə müalicəmi evdə davam etdirirəm. Dualarınızı gözləyir, maska, məsafə və gigiyena qaydalarına əməl etməyinizi xahiş edirəm”.


