Avropa Liqasının qrup mərhələsinin III turunda Türkiyədə qarşılaşacaq "Sivasspor" və "Qarabağ"ın start heyətləri müəyyənləşib.
Demokrat.az xəbər verir ki, hər iki komandanın meydana çıxacaqheyətini təqdim edir:
"Sivasspor": 30. Mamadu Samassa (Mali), 87. Marselo Qoyano, 88. Caner Osmanpaşa, 3. Uğur Çiftçi, 8. Robin Yalçın, 6. Klaudemir, 76. Faysal Fayr, 17. Erdoğan Yeşilyurt, 37. Hakan Arslan (k), 9. Mustafa Yatabare, 29. Kazimir Ninqa
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 77. Donald Gerye, 55 Bədavi Hüseynov, 81. Kevin Medina, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 8. Uroş Matiç, 10. Abdullah Zubir, 27. Patrik Andrade, 19. Filip Ozobiç, 7. Ovusu Kvabena
Qeyd edək ki, bu gün "Yeni Sivas 4 Eylül" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.


