Dünya

İranda son sutkada 365 nəfər koronavirusdan öldü

İranda son sutkada 365 nəfər koronavirusdan öldü

İranda yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.

Yeniavaz.com “worldometers”ə istinadla xəbər verir ki, İranda son 24 saatda 365 nəfər COVİD-19-dan dünyasını dəyişib, 8 min 11 nəfər isə həmin xəstəliyə yoluxub. Nəticədə, İranda koronavirusdan ölənlərin ümumi sayı 34 min 478-ə, yoluxanların sayı isə 604 min 952-yə çatıb.

477 min 300 nəfər isə müalicə alaraq sağalıb.

Demokrat.az

D
demokrat.az