Sosial

"Avtobus sürücüləri üçün psixoloji treninqlərin keçirilməsi vacibdir” - Psixoloq

Avtobus sürücüləri üçün psixoloji treninqlərin keçirilməsi vacibdir” - Psixoloq

Sonda da məlum olur ki, qəza törədən sürücü ya zərərli vərdişlərdən asılıdır, ya da əvvəllər məkumluq həyatı yaşayıb”

Son bir ayda dörd avtobus qəzası baş verdi və hər biri də insan ölümü ilə nəticələndi. Elə sonuncu qəzanı oktyabrın 19-da 131 saylı avtobusun sürücüsü törədərək gənc qız Aysel İbrahim qızı Məmmədovanın ölümünə səbəb oldu. Artıq sərnişinlərimiz avtobuslara ölüm mənbəyi kimi baxırlar. Müşahidələrimizdən də görünür ki, bu gün avtobus sürücüləri çox aqressivdir. Psixoloq Elnur RüstəmovModerator.az-a açıqlamasında bildirdi ki, bununla bağlı sürücülərin psixoloji testdən keçirilməsinə ehtiyac var: “Bu bir az fərqli məsələdir. Avtobus sürücüsü özü bu məsuliyyəti dərk etməlidir. Çünki avtobustda hər bir sərnişinin fərqli psixologiyası var və bu da nəqliyyat vasitəsini idarə edən insanın psixologiyasına təsir göstərir. Xüsusən ictimai nəqliyyatın idarə olunmasına cəlb edilən sürücülər xüsusi olaraq yoxlanılmalıdır. Onların gündəlik iş qrafiki var və onları tibbi müayinədən keçirərkən yaxşı olardı ki, psixoloji testdən də keçirilsinlər. Zaman-zaman mütəmadi olaraq onlara psixoloji treninqlərin də keçirilməsi vacibdir. Çox təəssüflər olsun ki, bu gün hətta iş tapa bilməyən bəzi adamlar gedib avtobus idarə edir. Fikirləşirlər ki, iş tapa bilməsəm, son anda gedib sürücü işləyəcəm. Əslində bu kökündən yalnış fikirdir. Bunun üçün xüsusi tələblər olmalıdır. Bu gün belə tədbirlər görülsəydi, bədbəxt hadisələr baş verməzdi, təsadüfi adamlar gəlib ictimai nəqliyyatı idarə etməzdilər. Sonda da məlum olur ki, qəza törədən sürücü ya zərərli vərdişlərdən asılıdır, ya da əvvəllər məkumluq həyatı yaşayıb. Burda söhbət insan həyatından gedir və məsələyə ciddi yanaşmaq lazımdır”.
D
demokrat.az