Şou-biznes

Məleykə Əsədova: Mən ciddi sənətin nümayəndəsiyəm - FOTO

Məleykə Əsədova: Mən ciddi sənətin nümayəndəsiyəm - FOTO

Jurnalistlərdən xahiş edirəm ki, mənim sənətimdən yazsınlar.

Demokrat.Az xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında Xalq artistiMəleykə Əsədovadeyib.

Sənətçi özünü ciddi sənətin nümayəndəsi hesab etdiyini bildirib.

“Mən ciddi sənətin nümayəndəsiyəm, şou-biznesdə deyiləm. Aktrisayam. Çox çətin və məsuliyyətli obrazlar oynamışam. İllərdir haqqımda yazırsınız, ancaq bundan sonra sənətimdən yazmağınızı istəyirəm.

Oktyabr ayından tamaşalarım başlayıb. Məni Məleykə Əsədova edən tamaşaçıların alqışları və çiçəkləridir. Gəlin, tamaşalarıma baxın, son söz sizin alqışlarınızdır”, - deyə Əsədovasöyləyib.

D
demokrat.az