Hadisə

Bakıda avtomobil yük maşını ilə toqquşdu — Yaralı var

Bakıda avtomobil yük maşını ilə toqquşdu — Yaralı var

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Demokrat.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt magistralında qeydə alınıb.

Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında hərəkətdə olan “Mercedes” markalı minik maşını yol kənarında dayanan “Foton” markalı avtomobilə çırpılıb.

Nəticədə avtomobildə olan bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

D
demokrat.az