Kriminal

Gəncə sakini naməlum şəraitdə bıçaqlandı

Gəncə sakini naməlum şəraitdə bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Həmid Sultanov küçəsində qeydə alınıb.

2000-ci il təvəllüdlü Tağıyev Nağı İlqar oğlu qarının kəsilim-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

20 yaşlı gəncin hansı şəraitdə bıçaqlanması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az