UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda keçiriləcək Monteneqro - Azərbaycan oyununun təyinatında dəyişiklik olub.
Demokrat.az xəbər verir ki, UEFA matçın erməni əsilli hakim-inspektoru Paskal Qaribyanı avstriyalı Stefan Messnerlə əvəzləyib.
Messner bu qrupun Lüksemburq - Kipr matçına təyinat almışdı. Qitə futbol qurumu Azərbaycan və Ermənistan arasında baş verən hadisələrlə bağlı hakim-inspektorların yerini dəyişməyi məqsədəuyğun hesab edib.
Qeyd edək ki, oktyabrın 10-da Podqoritsadakı "Qradski" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.(report.az)


