Siyasət

Rusiya yaxasını asanlıqla qurtara bilməyəcək - YENİ SANKSİYALAR GƏLİR

Rusiya yaxasını asanlıqla qurtara bilməyəcək - YENİ SANKSİYALAR GƏLİR

ABŞ-ın Demokratlar Partiyasından olan qubernator Rusiyaya qarşı yeni sanksiyaların anonsunu verib.

Demokrat.Az xəbər verir ki, Nyu-Cersi ştatının qubernatoru Filipp Merfi bildirib ki, partiyası bu ölkəyə qarşı yeni sanksiyalar hazırlayır.

“Handelsblatt"ə müsahibəsində qubernator bildirib ki, Rusiya indiki sanksiyalardan asanlıqla yaxa qurtarıb:

"Bunlar Rusiyanın mövqeyinə əsaslı təsir edə bilməyib. Biz tədbir görəcəyik. Bu, təkcə diplomatik təşəbbüslər olmayacaq, həm də sanksiyalar olacaq".(Cebhe.info)

D
demokrat.az