Sosial

VPN-lə giriş dayandırıldı

VPN-lə giriş dayandırıldı

Azərbaycanın mobil rabitə operatoru "Azerfon" ("Nar" ticarət nişanı) "Nar+" tətbiqinə və nar.az saytına VPN-lə girişi dayandırıb.

Şirkətdən verilən məlumata görə, VPN-dən istifadə zamanı telefonda olan məlumatlar, müxtəlif proqramlara giriş üçün zəruri olunan şifrələr ələ keçirilə bilər.

"Bütün bunları nəzərə alaraq, istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyini təmin etmək məqsədilə “Nar+” tətbiqinə və nar.az saytına VPN-lə giriş dayandırılır", - şirkətdən bildirilib.

Demokrat.az

D
demokrat.az