Dünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus dünyanı yeni növ koronavirus pandemiyasının ikinci dalğasına hazırlaşmağa çağırıb.
Demokrat.az “TASS”a istinadən xəbər verir ki, bu barədə o, Cenevrədə keçirdiyi brifinqdə deyib. O, mövcud pandemiyanın son olmadığını bildirib. ÜST rəhbəri yeni dalğaya əvvəlkindən daha hazırlıqlı olmaq üçün erkən hazırlıqlara başlamağa çağırıb.


