İngilis mütəxəssislər uşaqlarda koronavirusun əlamətləri ilə bağlı bir araşdırma aparıb.
Demokrat.az xəbər verir ki, mütəxəssislər öskürəkdən öncə qusmanın koronavirusun əlamətləri olduğunu bildirib.
2019-cu ilin dekabr ayında Çinin Vuhan şəhərində meydana çıxan və dünya böhranına çevrilən koronavirusa qarşı peyvənd və dərman araşdırmaları fasiləsiz davam edir. Amma bununla yanaşı, xəstəliyin yeni simptomları da araşdırılır.
Queens Belfast Universitetində xüsusilə uşaqlarda virus simptomlarının araşdırılması istiqamətində əhəmiyyətli iş aparılıb. Tədqiqatçılar mədə narahatçılığının və qusmanın uşaqlarda koronavirusun simptomlarının əlamətləri olduğunu bildirib.
Tədqiqatın aparıcı baş müəllimi doktor Tom Vaterfild uşaqlarda qusmanın öskürək, dad və qoxu hiss etməmədən əvvəl baş verdiyini bildirib.


