Quba rayonunun Xınalıq, Dalıqaya, Zıxır və digər yüksək dağlıq kəndlərinə qar yağıb.
Demokrat.Az-ın Report-a istinadən məlumatına görə, yağıntı gecə saatlarında rayonun əksər dağlıq kənd və məntəqələrinə düşüb.
Hazırda qarın hündürlüyü 2-3 santimetrə yaxındır.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq edib.


