Hadisə

Yevlaxda avtomobil aşdı — Sürücü xəsarət aldı

Yevlaxda avtomobil aşdı — Sürücü xəsarət aldı

Yevlax rayonunda yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Gülövşə kənd yolunda qeydə alınıb.

Belə ki, "VAZ-2104" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü, Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Rauf Nəbiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az