Hadisə

Dəhşətli hadisə: FHN huşsuz vəziyyətdə çıxardı

Dəhşətli hadisə: FHN huşsuz vəziyyətdə çıxardı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Zərdab rayonunun Otmanoba kəndində "QAZel" markalı yük avtomobili və “T-80” markalı traktorun toqquşması barədə məlumat daxil olub.

FHN-dən Demokrat.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində müxtəlif bədən xəsarətləri alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

D
demokrat.az