"İlk növbədə virusun az yayıldığı yerlərdə başlamaqla oktyabrın 1-dək bağçaların tam açılması nəzərdə tutulur".
Demokrat.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, uşaq bağçaları ilə bağlı təklif olunur ki, sentyabrın 15-dən start verilsin:
"İlk növbədə virusun az yayıldığı yerlərdə başlamaqla oktyabrın 1-dək bağçaların tam açılması nəzərdə tutulur. Amma bunun üçün mövcud sanitar-epidemioloji vəziyyət də uyğun olmalıdır".


