Sel nəticəsində çayın sahilindəki 10 kilovoltluq elektrik dirəyinin özülü yuyulub, yaxınlıqdakı meşəni su basıb.
Demokrat.az Baku.tv-yə istinadla xəbər verir ki, Xalxalqışlaq çayında görülən tədbirlərdən sonra kənd əhalisinin istifadə etdiyi yolda gediş-gəliş bərpa edilib. Ağır texnikanın köməyi ilə çay yatağına dolmuş qum, çınqıl kütləsi təmizlənib.
İki gün aramsız yağan güclü yağışlar nəticəsində ən çox sel təhlükəsi hesab olunan Qala çayından da sel keçib. Bu çayın da məcrası dolaraq 6 metr hündürlüyündə olan bəndləri lil qatı altında qoyub. Hazırda selin yaratdığı fəsadlar aradan qaldırılır.
Hazırda çayın sağ və sol sahilində yerləşən kəndlərin örüş, əkin sahələrinin və kənd yaşayış massivinin qorunması üçün tədbirlər davam etdirilir. Aidiyyatı qrumlar son günlər gücləndirilmiş iş rejiminə keçib.


