Ötən il Nikolayevdə Ukraynada fəaliyyət göstərən erməni diaspora təşkilatlarının ilin yekun yığıncağında bir sıra müəmmalı detallar ortaya çıxıb. Toplantıda ukraynada yaşayan erməni diapora təşkilatlarının rəhbərləri, yezidi kürd icmasının nümayəndəlıri ilə yanaşı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Nikolayev təşkilatının sədri Ələddin Məhərrəmov da iştirak edib.
Yığıncaqda bir neçə erməni diaspora təşkilatlarının sədrlərinə fəxri diplomlar, orden və medallar təqdim olunub. Təqdim olunanlar arasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Nikolayev təşkilatının sədri Ələddin Məhərrəmovda olub. Onun təltif olunması erməni diasporunun fəallarınıda çaş baş salıb.
Çox maraqlıdır ki, həmin tədbirdə erməni təşkilatın rəhbəri Ələddin Məhərrəmovla yanaşı Rusiyada fəaliyyət göstərən “Talış Hərəkatı” təşkilatının sədri kimi tanınan İsmayıl Şabanovu da erməni xalqının dostu ordeni ilə təltif edib .
Təltif olunun orden Ələddin Məhərrəmov tərəfindən separatçı təşlilatın rəhbərinə çatdırılması xahiş edilib. Onuda qeyd edək ki, Ələddin Məhərrəmov dəfələrlə Moskvada Talış hərəkatının təşkil etdiyi tədbirlərdə iştirak edib və o tədbirdə Ukraynada fəaliyyət göstərən erməni diaspora təşkilatlarının Talış hərakatına ünvanladığı təbrik məktubunu ismail Şabanova çatdırıb. Ortada olan faktları analiz etdikdə bəlli olur ki, Azərbaycan dövlətçiliyinə qarşı çirkli kampaniyada ermənilərlə yanaşı sapı özümüzdən olan baltalarda fəaliyyət göstərir.
Qarşı tərəfin cavabını dinləməyə və dərc etməyə hazırıq.
Ardı var...
Mənbə: adekvat.az


